Çempionlar Liqası: “Fənərbağça” evdə Çexiya klubu ilə heç-heçə etdi
İdman
Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
News24.az xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında Çexiyanın "Slaviya Praqa" klubu ilə qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Ev sahibi komandanın heyətində qolları Oğuz Aydın və Meyson Qrinvud vurublar. Qonaqlardan isə Lukaş Provod və Pavel Katsor fərqləniblər.
Qeyd edək ki, bu oyunla eyni saatda başlayan digər matçda "Sabah" Bakıda Almaniyanın "Borussiya Dortmund" komandasına 1:2 hesabı ilə uduzub.