Çempionlar Liqası: “Fənərbağça” pley-offda

Çempionlar Liqası: “Fənərbağça” pley-offda İdman

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

News24.az xəbər verir ki, İstanbul təmsilçisi III təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” komandasını mübarizədən kənarlaşdırıb.

“Fənərbağça” cavab qarşılaşmasında rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Matçın yeganə qolunu 66-cı dəqiqədə penaltidən Anderson Taliska vurub.

Türkiyə klubu ilk görüşdə də 2:0 hesablı qələbə qazanmışdı.

Beləliklə, iki oyunun nəticəsinə görə 3:0 hesablı üstünlük əldə edən “Fənərbağça” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. (Teleqraf)