Entoni Teylor Türkiyədə hakim təyinatlarında əsas söz sahibi olacaq
İdman
Türkiyə Mərkəzi Hakimlər Komitəsi (MHK) Super Liqada hakim təyinatlarının Entoni Teylorun, 1-ci Liqada isə Alan Snoddinin texniki qiymətləndirmələri əsasında həyata keçirildiyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə MHK-nın rəsmi sosial media hesabında yayılan açıqlamada bildirilib.
Açıqlamaya görə, Trendyol Super Liqasında hakimlərin təyinat prosesi Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) Elit Hakimlər direktoru Entoni Teylorun, Trendyol 1-ci Liqasında isə hakimlərin təyinat prosesi Talent & Mentor (T&M) Proqramının koordinatoru Alan Snoddinin texniki qiymətləndirmələri əsasında həyata keçirilir.
Qeyd olunub ki, təyinatlar zamanı hakimlərin son dövrdəki performansı, oyunların xüsusiyyətləri və müvafiq texniki meyarlar əsas götürülür.