Ərəblərin səbri daşdı: - Ronaldo cəzalandırıldı
İdman
"Əl-Nəsr"in hücumçusu Kriştano Ronaldo cəzalanıb.
News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam və Etika Komitəsi qərar verib.
Portuqaliyalı futbolçu 1 oyunluq diskvalifikasiya olunub. Buna səbəb onun “Əl-Şəbəb”lə oyunda (3:2) rəqib azarkeşlərə qarşı qeyri-etik jest etməsi olub.
39 yaşlı ulduz 7998 dollar cərimə də ödəməli olacaq.