"Erzurumspor" Nərimanı belə təqdim etdi – VİDEO

"Erzurumspor" Nərimanı belə təqdim etdi – VİDEO İdman

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyə Superliqası təmsilçisi "Erzurumspor"da davam etdirəcək.

News24.az xəbər verir ki, klub bir neçə gün əvvəl rəsmi olaraq Nəriman Axundzadənin transferini elan edib.

Klubun sosial media hesabında Nərimanla bağlı daha bir video təqdim edilib. Videoda Nəriman Axundzadənin "Erzurumspor"a məxsus Kazım Karabəkir Stadionunda və klubun geyim otağında görüntüləri yer alıb.

Videoda diqqətçəkən məqam isə futbolçunun təqdimatının dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Əhməd Cavadın şeirinə bəstələdiyi "Çırpınırdı Qara dəniz" mahnısı ilə verilməsidir.