“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
İdman
Misli Premyer Liqasında 11-ci tur davam edir.
News24.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
“Şəfa” “Araz-Naxçıvan”la, “Zirə” isə “Qəbələ” ilə üz-üzə gələcək.
Qeyd edək ki, Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib.
7 noyabr (şənbə)
16:00. “Şəfa” - “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev, Emin Əliyev (VAR), Elşad Abdullayev (AVAR)
“SOCAR Polymer Arena”
18:30. “Zirə” - “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov, Kamranbəy Rəhimov (VAR), Şirmamed Mamedov (AVAR)
Zirə İdman Kompleksinin stadionu
8 noyabr (bazar)
“İmişli” - “Sumqayıt”
“Sabah” - “Şamaxı”
6 noyabr (cümə)
“Qarabağ” - “Turan Tovuz” - 0:1
“Neftçi” - “Kəpəz” - 1:0

Bombardirlər:
Breno Almeyda (“Neftçi”) - 9 qol
Coy-Lens Mikels (“Sabah”) - 6 qol
Aleksey Kaşuk (“Qarabağ”) - 4 qol
Joarlem Santos (“Turan Tovuz”) - 4 qol
Ağadadaş Salyanski (“Araz-Naxçıvan”) - 4 qol