Fatih Terim "Əş-Şabab"la ilk məşqinə çıxıb
İdman
Səudiyyə Ərəbistanının Pro Liqasında çıxış edən "Əl-Şabab"la müqavilə imzalayan baş məşqçi Fatih Terim yeni komandası ilə ilk məşqinə çıxıb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, Qətərin paytaxtı Dohada Terim bu gün ilk dəfə komanda ilə məşqə çıxıb.
Məşqi klub rəhbərliyi və media nümayəndələri izləyib.
Qeyd edək ki, komanda liqada 23 xalla, 6-cı pillədə qərarlaşıb.
Ağa Dadaşzadə