"Fənərbağça" baş məşqçi ilə yollarını ayırdı
İdman
"Fənərbağça" baş məşqçi Domeniko Tedesko ilə yollarını rəsmən ayırıb.
News24.az xəbər verir ki, klubun açıqlamasına görə, Tedesko oyunçularla vidalaşmaq üçün Samandıradakı Can Bartu təsislərinə gedib və komandaya uğurlar arzulayıb.
Rəhbərlik məşqçiyə xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar diləyib.