"Fənərbağça" prezidenti bu oyunçu ilə razılığa gəldi
İdman
"Fənərbağça" klubunun prezidentliyinə namizəd olan Hakan Safinin polşalı hücumçu Robert Levandovski ilə ilkin razılıq əldə etdiyi bildirilir.
News24.az xəbər verir ki, tərəflər arasında keçirilən görüşdə bir il müddətinə, daha sonra uzadılması mümkün olan müqavilənin şərtləri müzakirə edilib. 37 yaşlı futbolçunun "Barselona" klubu ilə müqavilə müddəti başa çatıb.
Bundan başqa, Hakan Safinin Türkiyə milli komandasının üzvləri Merih Dəmiral və Hakan Çalhanoğlu ilə də razılıq əldə etdiyi iddia olunur.
Qeyd edək ki, bu keçidlərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.