FIFA 2026 Dünya Kubokunun ən çox qol vuran futbolçuları - SİYAHI
İdman
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi FIFA 2026 Dünya Kubokunda "Qızıl Buts" mükafatı uğrunda mübarizə davam edir.
News24.az xəbər verir ki, hazırda siyahıya Lionel Messi 1 oyunda vurduğu 3 qolla başçılıq edir. Onun ardınca Erlinq Haaland, Folarin Baloqun, Elayca Cast, Kay Haverts, Yasin Ayari, Kilian Mbappe və Harri Keyn 2 qolla qərarlaşıblar.