FİFA Arda Gülərlə bağlı paylaşım etdi

FİFA Arda Gülərlə bağlı paylaşım etdi İdman

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatına az qalmış diqqət çəkən paylaşım edib.

News24.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı ərəfəsində qurumun rəsmi sosial şəbəkə hesabında Arda Gülər haqqında paylaşım edilib.

Qeyd edək ki, Türkiyə milli komandası uzun fasilədən sonra bu turnirə vəsiqə qazanaraq 24 illik həsrətə son qoyub.