FİFA Dünya Kuboku tarixində ən yaşlı məşqçinin adı açıqlandı
İdman
Çexiya millisinin baş məşqçisi Miroslav Koubek futbol üzrə dünya çempionatları tarixində ən yaşlı baş məşqçi kimi rekord müəyyənləşdirib.
News24.az xəbər verir ki, Cənubi Koreya ilə qrup mərhələsinin ilk turunda mütəxəssisin 74 yaş 9 ayı tamam olub. Lakin Koubekin rekordu uzun sürməyə bilər.
Belə ki, turnirin sonrakı mərhələlərində Kyurasao millisinin baş məşqçisi hollandiyalı Dik Advokatın sentyabrda 79 yaşı tamamlanacaq. Qeyd edək ki, əvvəlki rekord Cənubi Afrika millisini çalışdıran belçikalı Hugo Brosa məxsus idi.
Xatırladaq ki, ötən gün Meksikanın Zapopan şəhərində keçirilən matç 2-1 hesabı ilə Cənubi Koreya komandasının xeyrinə başa çatıb.