FIFA İspaniya-Argentina matçındakı insidenti araşdırır

FIFA İspaniya-Argentina matçındakı insidenti araşdırır İdman

FIFA İspaniya və Argentina arasında keçirilən 2026-cı il Dünya Kubokunun finalından sonra meydanda baş verən insidentlərlə bağlı intizam araşdırmasına başlayıb.

News24.az xəbər verir ki, qurumun açıqlamasına görə, matçın hesabatları qiymətləndirildikdən sonra oyundan sonrakı hadisələrin araşdırılması üçün İntizam və Etika Prokuroru təyin edilib.

Final fitindən sonra argentinalı futbolçular Leandro Paredes, Nahuel Molina və komandanın köməkçi məşqçisi Roberto Ayalanın ispaniyalı futbolçularla münaqişəyə qarışdığı bildirilir.

FIFA həmçinin Argentinanın İngiltərə ilə yarımfinal matçından sonra "Las Malvinas son Argentinas" yazılı pankart nümayiş etdirməsini də araşdırır. Qurumun qaydalarına əsasən, rəsmi yarışlarda siyasi mesajların verilməsi qadağandır və araşdırmanın nəticəsindən asılı olaraq intizam tədbirləri görülə bilər.