Argentina FİNALA yüksəldi, İspaniyaya rəqib oldu

Argentina FİNALA yüksəldi, İspaniyaya rəqib oldu İdman

2026-cı il dünya çempionatının ikinci yarımfinal oyununda Argentina İngiltərəni məğlub edərək finala vəsiqə qazanıb.

News24.az xəbər verir ki, Argentina bununla turnirin həlledici görüşündə İspaniyaya rəqib olub.

Final qarşılaşması 19 iyul, üçüncü yer uğrunda oyun isə 18 iyul tarixində keçiriləcək.

Xatırladaq ki, ilk yarımfinalda İspaniya Fransa millisini məğlub edərək finala yüksəlib.

***00:52

Qarşılaşmanın 90+2 dəqiqəsində Argentina hesabına ikinci qolu yazdırıb.

News24.az xəbər verir ki, qolun müəllifi Lautaro Martinez olub.

***00:46

Enzo Fernandez Argentinaya bərabərlik qolunu gətirib.

News24.az xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində hesab 1:1 olub.

***00:15

Qarşılaşmada hesab açılıb.

News24.az xəbər verir ki, 55-ci dəqiqədə Entoni Qordon həm oyunun, həm də komandasının ilk qolunu vurub.

***00:03

İkinci hissə start götürüb. 

***23:48

Oyunda ilk hissə bitib.

News24.az xəbər verir ki, komandalar ilk fasiləyə qolsuz bərabərliklə yollanıb.

***23:00

Futbol üzrə dünya çempionatının yarımfinalında növbəti millilərin oyunu başlayıb.

News24.az xəbər verir ki, bugünkü oyun Argentina və İngiltərə yığmaları arasında keçirilir. Qalib komanda finalda İspaniyaya rəqib olacaq.

Qeyd edək ki, bu gün finala keçməyəcək komanda ötən gün 2:0 hesabı ilə İspaniyaya məğlub olan Fransa ilə üçüncülük uğrunda mübarizəyə çıxacaq.