"Fiorentina"nın yeni baş məşqçisi o oldu
İdman
"Fiorentina"nın yeni baş məşqçisi bəlli olub.
News24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, A Seriyası təmsilçisini Fabio Qrosso çalışdıracaq.
48 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Fabio Qrossonun son iş yeri "Sassuolo" klubu olub. (APA)