“Fənərbağça” Avroliqada "play-off"a yüksəldi
İdman
"Fənərbağça" basketbol klubu Avroliqada mövsümün başa çatmasına bir həftə qalmış pley-off mərhələsinə vəsiqə qazanıb.
News24.az xəbər verir ki, komanda 37-ci turda evdə "Real Madrid"ə 74:69 hesabı ilə məğlub olsa da, digər oyunun nəticəsi onların ilk altılıqda yerini təmin edib.
Belə ki, "Valensiya Basket" evdə "Panatinaiko"su məğlub edərək “Fənərbağça”nın pley-offa birbaşa vəsiqə qazanmasına şərait yaradıb.
Bu nəticə ilə İstanbul təmsilçisi Avroliqada çempionluq uğrunda mübarizəni davam etdirəcək.