“Fənərbağça”-nın prezidenti həbs edildi

“Fənərbağça”-nın prezidenti həbs edildi İdman

“Fənərbağça” İdman Klubunun prezidenti Sadettin Saran və qardaşı Alan Kənan Saran 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

News24.az xəbər verir ki, Saran qardaşları “qanunsuz mərc oyunlarına təşviq etmək” ittihamı ilə həbs ediliblər.

Məhkəmə onların hər birinin 562 min 500 lirə məbləğində məhkəmə cəriməsi (pul cəzası) ilə cəzalandırılmasına qərar verib.

Qeyd edək ki, Sadettin Saran haqqında ona məxsus media qrupu vasitəsilə yayımlanan futbol matçlarında qanunsuz mərc reklamlarının yerləşdirildiyi iddiası ilə ittiham aktı hazırlanmışdı.

Saran qardaşları və daha iki təqsirləndirilən şəxs barəsində 3 ilə qədər həbs tələb olunurdu. /İHA/