“Fənərbağça”nın oyunçusu zədələndi
İdman
“Fənərbağça”nın futbolçusu Levent Mercan zədələnib.
News24.az xəbər verir ki, o, “Qaziantep”lə oyunda aldığı zədədən sonra müayinədən keçirilib. Nəticədə sol ayağının bud əzələsində qismən cırıq olduğu müəyyən edilib.
Klubdan verilən məlumata görə, futbolçunun müalicəsinə başlanılıb.