Dünya çempionu qəza keçirdi

Dünya çempionu qəza keçirdi İdman

Formula 1 dünya çempionu ispaniyalı pilot Fernando Alonso Kanada Qran-Prisinin sprint təsnifat mərhələsində qəza keçirib.

News24.az xəbər verir ki, “Aston Martin” komandasının pilotu sessiyanın son dəqiqələrində idarəetməni itirərək maneələrə çırpılıb. Hadisədən sonra yarış qırmızı bayraqla dayandırılıb.

Alonso komanda radiosunda ön təkərlərin kilidləndiyini bildirib və komandadan üzr istəyib.

Pilot daha sonra açıqlamasında maşının imkanlarından daha artıq nəticə almağa çalışdığını deyib.