“Formula 1” mövsümöncəsi testlərin tarixlərini təsdiqlədi

“Formula 1” mövsümöncəsi testlərin tarixlərini təsdiqlədi İdman

“Formula 1” rəsmi olaraq 2027-ci il mövsümü öncəsi sınaqların cədvəlini təsdiqləyib.

News24.az xəbər verir ki, bu haqda “Sports.ru” məlumat yayıb.

Sınaqlar 24-27 fevral tarixlərində, ardıcıl dörd gün ərzində Bəhreyn Qran-prisinin keçirildiyi trasda baş tutacaq.

Gələn il “Formula 1” sınaqları yalnız bir mərhələ ilə məhdudlaşdıracaq. Təşkilatçılar bildirirlər ki, əgər sınaqların Bəhreyndə keçirilməsi mümkün olmasa, tədbir başqa məkana köçürülə bilər.

Qeyd edək ki, mövsüm öncəsi sınaqlar ənənəvi olaraq çempionatın başlamasından əvvəl keçirilir. 2027-ci il mövsümünün açılış mərhələsi olan Bəhreyn Qran-prisinin 12-14 mart tarixlərində, Səudiyyə Ərəbistanı Qran-prisinin isə növbəti həftəsonu keçirilməsi nəzərdə tutulub. (Qafqazinfo)