Fransa millisinin baş məşqçisi o oldu

Fransa millisinin baş məşqçisi o oldu İdman

Zinəddin Zidan Fransa milli futbol komandasının baş məşqçisi təyin edilib.

News24.az xəbər verir ki, Fransa Futbol Federasiyası 54 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalandığını açıqlayıb.

İmza mərasimindən sonra çıxış edən Zidan bildirib ki, Fransa millisini çalışdırmaq onun üçün böyük qürur və məsuliyyətdir.

Qeyd edək ki, Zidan məşqçilik karyerası ərzində "Real Madrid" klubu ilə 3 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Fransa millisi Zidanın rəhbərliyi altında ilk rəsmi oyununu 25 sentyabrda UEFA Millətlər Liqasında Türkiyə millisinə qarşı keçirəcək.