Fransada qiyməti ən çox bahalaşan 10 futbolçu – Siyahı

Fransada qiyməti ən çox bahalaşan 10 futbolçu – Siyahı İdman

Transfermarkt portalı Fransa çempionatında çıxış edən futbolçuların bazar dəyərlərinin aralıq yenilənməsini apararaq Liqa 1-in ən çox bahalaşan oyunçusunu müəyyən edib.

News24.az xəbər verir ki, bu, “Renn” klubunun müdafiəçisi Jeremi Jake olub. Onun dəyəri 35 milyon avro artıb.

Transfermarkt-a görə, Liqa 1-də bazar dəyəri ən çox artan futbolçuların tam siyahısı belədir:

Jeremi Jake (“Renn”) – 55 milyon avro (+35 milyon)

Mamadou Sanqare (“Lans”) – 30 milyon avro (+15 milyon)

Roben Risser (“Lans”) – 25 milyon avro (+15 milyon)

Tilel Tati (“Nant”) – 22 milyon avro (+13 milyon)

Samson Baydu (“Lans”) – 22 milyon avro (+13 milyon)

Aleksis Vossa (“Tuluza”) – 15 milyon avro (+12 milyon)

Rudi Matondo (“Pari”) – 15 milyon avro (+12 milyon)

Martial Qodo (“Strasburq”) – 18 milyon avro (+11 milyon)

Uorren Zair-Emeri (“PSJ”) – 60 milyon avro (+10 milyon)

Ayub Buaddi (“Lill”) – 50 milyon avro (+10 milyon). (lent.az)