Fransız futbolçu boğularaq öldü
İdman
Fransanın “Sent-Etyen” klubunun futbolçusu Kenzo Kies vəfat edib.
News24.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Lionda qadağan olunmuş ərazidə üzən 21 yaşlı futbolçu boğularaq həyatını itirib.
“Sent-Etyen” klubu fransız futbolçunun vəfatı ilə bağlı başsağlığı mesajı yayıb. (Teleqraf)