Freddi Varqasın qolu 22 milyondan çox izlənildi - Video
İdman
“Neftçi”nin futbolçusu Freddi Varqasın vurduğu qol sosial şəbəkə platformalarında böyük marağa səbəb olub.
News24.az xəbər verir ki, futbolçunun qol videosu klubun rəsmi “Instagram” səhifəsində 22 milyondan çox baxış toplayıb.
Paylaşım həmçinin 800 mindən artıq bəyənmə və minlərlə şərh alıb.
Qeyd edək ki, venesuelalı futbolçu bu qolu Azərbaycan Premyer Liqasının 30-cu turunda “Karvan-Yevlax”a qarşı keçirilən oyunda vurub. Görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.