Futbol dünyasının tanınmış adı ailə həyatı qurdu
İdman
“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kinin qızı Lia Kin “Sauthempton”un futbolçusu Teylor Harvud-Bellis ilə ailə həyatı qurub.
News24.az xəbər verir ki, toy İngiltərənin Uiltşir bölgəsində yerləşən Kin Haus malikanəsində baş tutub. Mərasimdə ailə üzvləri və yaxın dostlar iştirak ediblər.
Lia Kin toy günündən olan şəkil və videoları sosial şəbəkədə paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.
Cütlük bununla yeni həyatlarına birlikdə başlayıb.