Futbol tarixində ilk - FİFA qərar verdi
İdman
Beynəlxalq Futbol Federasiyası (FİFA) və Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) peşəkar futbolun idarəetmə sistemini dəyişdirəcək qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
News24.az xəbər verir ki, bu barədə “BBC Sport” məlumat yayıb.
İlk dəfə olaraq futbolçular rəsmi şəkildə təmsil olunacaq və yarış təqvimi, eləcə də transfer sistemi ilə bağlı qərarların qəbulunda veto hüququ əldə edəcəklər.
Onlar FİFA Şurasında səsvermə hüququna malik müşahidəçi statusu qazanacaqlar.
Razılaşma barədə FİFA prezidenti Canni İnfantino Meksika şəhərində yerləşən Asteka Stadionu Asteka Stadionunda açıqlama verib.