Futbol üzrə Dünya Çempionatı Ukraynada keçirilə bilər

Futbol üzrə Dünya Çempionatı Ukraynada keçirilə bilər İdman

Futbol üzrə Dünya Çempionatı Ukraynada keçirilə bilər

Ukrayna və Polşa futbol üzrə dünya çempionatına müştərək ev sahibliyi üçün FİFA-ya müraciət edəcək.

News24.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

“Növbəti illərdəki dünya çempionatı 2040-cı ilə təsadüf edəcək. Artıq indidən bu perspektivi nəzərə alaraq planlaşdırma aparmalıyıq”, deyə Ukraynanın idman naziri Matvey Bednı bildirib.

O, Ukrayna və Polşanın artıq böyük futbol turnirinə birgə ev sahibliyi etmək təcrübəsinin olduğunu xatırladıb.

Belə ki, iki ölkə 2012-ci ildə futbol üzrə Avropa çempionatını birgə keçirib.

Hələlik FİFA-ya rəsmi müraciət təqdim edilməyib. Lakin təşəbbüs artıq Qdanskda keçirilən Ukraynanın bərpasına dair konfrans çərçivəsində Kiyev və Varşava nümayəndələri tərəfindən müzakirə olunub.

Qeyd edək ki, növbəti dünya çempionatı 2030-cu ildə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. 2034-cü ildə isə turnirə yalnız Səudiyyə Ərəbistanı ev sahibliyi edəcək.