Futbol zamanı təhlükəli an: Kamera alışdı - Video
İdman
Qazaxıstan–Macarıstan yoldaşlıq oyunu zamanı gözlənilməz hadisə baş verib.
News24.az xəbər verir ki, Macarıstanın Debrecen şəhərində keçirilən oyunda asma kamera meydanın kənarına düşüb.
Öncə cihaz, daha sonra onu saxlayan kabel alışıb. Nəticədə kamera operatorun bir metr yaxınlığına düşüb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Yoldaşlıq görüşü isə Macarıstan millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. /Sputnik Qazaxıstan/