Futbolçu ilə toqquşan qapıçı karyerasını bitirdi
İdman
Andorra klubunun qapıçısı Jesus Ovono futbolçu Hesus de Miquelin ölümündən sonra karyerasını başa vurmağı düşünür.
News24.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, faciəli hadisədən sonra Ovono ağır psixoloji sarsıntı keçirir, evdən çıxmır və sosial media hesablarını silib. Klub rəhbərliyi qapıçıya psixoloji dəstək göstərilməsi üçün mütəxəssislər cəlb edib.
Qeyd edək ki, qarşılaşmanın əlavə vaxtında Ovono ilə Hesus de Miquel toqquşub. Hadisə zamanı ağır xəsarət alan 30 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb.