"Güclü rəqiblərə qarşı yaxşı hazırlaşmışdıq" – Taleh Nəsibov

"Güclü rəqiblərə qarşı yaxşı hazırlaşmışdıq" – Taleh Nəsibov İdman

Qrup mərhələsini birinci pillədə başa vurduğumuz üçün sonrakı mərhələlərdə güclü rəqiblərlə qarşılaşdıq. Buna baxmayaraq, futbolçularımız yarışa yüksək səviyyədə hazırlaşmışdılar.

News24.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının İcraçı vitse-prezidenti Taleh Nəsibov deyib.

Qeyd edib ki, futbolçuların təlim-məşq toplanışları və fiziki hazırlıq prosesi istədikləri səviyyədə olub.

Taleh Nəsirov final oyununda millini dəstəkləyən azarkeşlərə də təşəkkür edib.

“Slovakiyada yaşayan və Avropanın müxtəlif şəhərlərindən gələrək bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyi futbolçular üçün böyük motivasiya mənbəyi oldu. Komandamız hər oyuna yalnız qələbə məqsədilə çıxırdı. Nəticədə ikiqat Avropa və birqat dünya çempionu kimi vətənə qayıtdıq. Dövlətimizin başçısı tərəfindən komandamız üçün 1 milyon manat məbləğində mükafatın ayrılması bizi qürurlandırdı. Prezident hər bir uğurumuzdan sonra bizi qəbul edir, öz dəstəyini əsirgəmir. Bu diqqət və qayğı futbolçular üçün hər zaman böyük motivasiya rolunu oynayır”, – o deyib.