Gəlirlərinə görə ən yüksək qazanca malik 10 futbolçu açıqlandı

Gəlirlərinə görə ən yüksək qazanca malik 10 futbolçu açıqlandı İdman

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır.

News24.az xəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb. Birinci yeri “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo tutub. O, meydandakı çıxışlarına görə 250 milyon dollar, meydandan kənar fəaliyyətindən isə 50 milyon dollar gəlir əldə edəcək.

Gəlirlərinə görə ən yüksək qazanca malik 10 futbolçu:

Kriştiano Ronaldo (“Əl-Nəsr”) – 300 milyon dollar (meydanda 250 milyon + meydandan kənar 50 milyon dollar);

Lionel Messi (“İnter Mayami”) – 150 milyon dollar (75+75 milyon dollar);

Kilian Mbappe (“Real”) – 105 milyon dollar (70+35 milyon dollar);

Erlinq Haaland (“Mançester Siti”) – 85 milyon dollar (60+25 milyon dollar);

Vinisius Junior (“Real”) – 67 milyon dollar (45+22 milyon dollar);

Sadio Mane (“Əl-Nəsr”) – 54 milyon dollar (50+4 milyon dollar);

Lamin Yamal (“Barselona”) – 47 milyon dollar (35+12 milyon dollar);

Cud Bellinqem (“Real”) – 45 milyon dollar (29+16 milyon dollar);

Harri Keyn (“Bavariya”) – 42 milyon dollar (30+12 milyon dollar);

Məhəmməd Salah (“Trabzonspor”) – 40 milyon dollar (20+20 milyon dollar).