"Gəncə" komandası FIBA Avropa Kubokundakı ilk matçında məğlub oldu
İdman
"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununa çıxıb.
News24.az xəbər verir ki, Türkiyənin "Esenler Erokspor" komandasının qonağı olan Azərbaycan təmsilçisi rəqibinə uduzub - 63:92.
C qrupunun matçı İstanbul şəhərində keçirilib.
Qeyd edək ki, "Gəncə" qrup mərhələsində "Universitatya Krayova" (Rumıniya), "Sportinq" (Portuqaliya), "Rilski Sportist" (Bolqarıstan) və "Kolossos"la (Yunanıstan) da üz-üzə gələcək.