Haaland formasının cırıldığını iddia etdi: Premyer Liqada mübahisəli an
İdman
İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi çərçivəsində keçirilən oyunda Mançester Siti evdə Arsenal üzərində 2:1 hesablı qələbə qazanıb.
News24.az xəbər verir ki, qarşılaşmada diqqət çəkən epizodlardan biri Erling Haaland ilə “Arsenal”ın müdafiəçisi Qabriel Maqalyaes arasında yaşanıb. Mübarizə zamanı norveçli hücumçu formasının altından geyindiyi uzunqol köynəyin cırıldığını iddia edərək hakimə etiraz edib. Lakin epizodla bağlı qərar dəyişməyib.
Oyundan sonra “Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının son dəqiqələrdə buraxdığı qoldan narazı qaldığını bildirib.
Qeyd edək ki, bu nəticədən sonra “Arsenal” 70 xalla liderliyini qoruyub saxlayıb. Bir oyun az keçirən “Mançester Siti” isə 67 xalla liderə yaxın izləyici olaraq mübarizəni davam etdirir.