Haalandan Fransa ilə qarşılaşma haqda: "Bizi məğlub edəcəklər"
İdman
Norveç millisinin hücumçusu Erlinq Haaland FİFA Dünya Çempionatının qrup mərhələsinin üçüncü turunda Fransa millisinə qarşı keçiriləcək oyunla bağlı açıqlama verib.
News24.az xəbər verir ki, futbolçu sözügedən qarşılaşmaya o qədər də əhəmiyyət vermədiyini bildirib.
“Bu oyuna əhəmiyyət vermirəm. Onlar yəqin ki, bizi məğlub edəcəklər və çox güman ki, turniri də qazanacaqlar”, — deyə Haaland bildirib. /Madrid Extra/