"Qalatasaray" Hakan Çalhanoğlunu heyətinə qatmağa hazırlaşır

"Qalatasaray" Hakan Çalhanoğlunu heyətinə qatmağa hazırlaşır İdman

"Qalatasaray" İtaliyanın "İnter" klubunda çıxış edən ulduz futbolçu Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib.

News24.az xəbər verir ki, taliya təmsilçisi təcrübəli oyunçunun 2027-ci ilə qədər qüvvədə olan müqaviləsini yeniləmək niyyətindədir. Buna baxmayaraq, Hakanın karyerasını "Qalatasaray"da davam etdirmək istədiyi qeyd olunur.

"İnter" rəhbərliyi yarımmüdafiəçini ən azı müqavilə müddətinin sonuna qədər heyətdə saxlamağa çalışsa da, transferlə bağlı yekun qərarın yay aylarında veriləcəyi gözlənilir.

Qeyd edək ki Hakanın Türkiyə nəhənginə keçmək istəyi transfer danışıqlarında həlledici rol oynaya bilər.