Hakim oyunu yarıda qoyaraq meydanı tərk etdi
İdman
Dünya Kubokunun qitələrarası pley-off mərhələsi çərçivəsində keçirilən Konqo Demokratik Respublikası – Yamayka matçı qeyri-adi hadisə ilə yadda qalıb.
News24.az xəbər verir ki, qarşılaşmanın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə görüşün baş hakimi Fakundo Tello dizindən ciddi zədə alıb. Ağrılar səbəbindən oyunu davam etdirə bilməyən argentinalı referi meydanı tərk etmək məcburiyyətində qalıb. Reqlamentə uyğun olaraq, onu dördüncü hakim Dario Errera əvəz edib.
Hakim dəyişikliyi səbəbindən yaranan uzun fasilədən sonra davam etdirilən görüşdə Konqo Demokratik Respublikası rəqibini 1-0 hesabı ilə məğlub edib. Bu nəticə ilə Konqo yığması 2026-cı il Dünya Kubokunun final mərhələsinə vəsiqəni təmin edib.