Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı

 Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı İdman

AFFA İntizam Komitəsi II Liqada hakimi təhqir edən futbolçu və məşqçini cəzalandırıb.

News24.az xəbər verir ki, "Şəmkir"in futbolçusu Fuad Əhmədov "Ağstafa Gəncləri" ilə oyunun 90-cı dəqiqəsində referini təhqir edib.

Qırmızı vərəqə alan oyunçu dörd oyunluq cəza alıb, kluba 1000 manat cərimə kəsilib.

"Difai"nin məşqçisi Əli Hüseynov isə "Zəngəzur"la matçın 84-cü dəqiqəsində hakimin ünvanına təhqiramiz ifadələr işlədib. Mütəxəssis buna görə dörd oyunluq cəza ilə üzləşib, kluba 1000 manat cərimə kəsilib.