"Hall Siti" Joao Pedronun transferini açıqladı

"Hall Siti" Joao Pedronun transferini açıqladı İdman

İngiltərə çempionatında çıxış edən "Hall Siti" "Fənərbaxça" ilə müqaviləsi ləğv edilən Joao Pedronu transfer edib.

News24.az xəbər verir ki, narıncı-qaralar braziliyalı futbolçu ilə 1 illik müqavilə imzalandığını və müqavilədə əlavə bir il variantının olduğunu qeyd edib.

Karyerasında 452 rəsmi oyuna çıxan Pedro bu matçlarda 118 qol vurub və 42 məhsuldar ötürmə edib.

Günel Məlikzadə