"Harts"ın baş məşqçisi Bakıya - GƏLƏCƏK

"Harts"ın baş məşqçisi Bakıya - GƏLƏCƏK İdman

Məlum olduğu kimi, Minsk "Dinamo"su UEFA Konfrans Liqasında ev oyunlarını neytral meydanda - Sumqayıtda keçirəcək. Belarus klubunun ilk oyunu oktyabrın 3-də Şotlandiyanın "Harts" komandasına qarşı olacaq.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, Edinburq klubunun baş məşqçisi Stiven Neysmit Azərbaycana səfərlə bağlı narahatlığını bildirib: “Ən çətin iş, yəqin ki, yarışın əvvəlində olacaq. Üç gün ərzində əvvəlcə Azərbaycana, sonra da Aberdinə getməli olacağıq. Bu, həmişə problem olub”.