Həkimlər problemini tapa bilmirlər

Həkimlər problemini tapa bilmirlər İdman

“Bavariya”nın baş məşqçisi Vensan Kompaninin səhhətində ciddi problemlər yaranıb. Mütəxəssis xəstəxanaya yerləşdirilsə də, həkimlər ona dəqiq diaqnoz qoya bilmirlər.

News24.az xəbər verir ki, bu barədə “sport.de” nəşri məlumat yayıb.

Xəstəxanaya aparıldıqdan sonra kompleks nevroloji müayinədən keçən belçikalı mütəxəssisin dəqiq xəstəliyini müəyyənləşdirmək mümkün olmayıb. Məlumata görə, Kompani oktyabrın 23-də məşq zamanı huşunu itirərək təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yıxılan zaman məşqçinin çiyninin də çıxdığı bildirilir.

Xatırladaq ki, hadisədən bir neçə gün əvvəl mütəxəssisin virus infeksiyasına yoluxduğu məlum olub. Oktyabrın 17-də “Leypsiq”lə oyundan sonra Kompani özünü pis hiss etdiyi üçün matçın təhlilini köməkçilərinə tapşıraraq məşqçi otağında dincəlməli olmuşdu. Səhhətindəki problemlər səbəbindən Kompani Bundesliqanın VII turunda “Frayburq”la matçı da (3:1) buraxıb.

Qeyd edək ki, “Bavariya” 7 oyundan sonra 17 xalla Almaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Münhen təmsilçisi növbəti matçını oktyabrın 31-də Dortmund “Borussiya”sına qarşı keçirəcək.