Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurdu
İdman
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatını mükafatsız başa vurub.
News24.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla (Bagdat Sabaz) üz-üzə gəlib.
Rəqibinə 5:8 hesabı ilə məğlub olan H.Cəfərov beşinci yerlə kifayətlənib.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.