Həyat yoldaşından Messinin rekorduna reaksiya

Həyat yoldaşından Messinin rekorduna reaksiya İdman

Argentina millisinin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonela Rokkuzzo Avstriyaya qarşı keçirilən oyunda onun müəyyən etdiyi rekorda reaksiya verib.

News24.az xəbər verir ki, Antonela bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“Tarixi təkrar-təkrar yazdığına şahid olmaq necə də böyük xoşbəxtlikdir. Səni sevirəm, Leo!” — deyə Rokusso yazıb.

Qeyd edək ki, Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub.