III MDB Oyunları: Azərbaycan gimnastı bürünc medal qazandı
İdman
Batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Selcan Mahsudova III MDB Oyunlarında bürünc medal qazanıb.
News24.az xəbər verir ki, o, qadınların fərdi yarışında 56.040 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Belaruslu Yana Lebedova 57.710 xalla qızıl, rusiyalı Ancela Bladçeva isə 57.660 xalla gümüş medal əldə edib.