İki qadın güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi

İki qadın güləşçimiz dünya çempionatının yarımfinalına yüksəldi İdman

Azərbaycanın 2 qadın güləşçisi U-20 dünya çempionatının yarımfinalına yüksəlib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Günay Qurbanova (57 kq) macarıstanlı Liliana Kapuvari (12:1), özbəkistanlı Ulbiye Karılıbayeva (11:1) və kanadalı Aqniya Krakovskayanı (tuş) məğlub edərək adını yarımfinala yazdırıb.

O, finala gedən yolda hindistanlı Tanvi Gundeş Maqdumla üz-üzə gələcək.

U-20 Avropa çempionatının 3 qat qalibi Ruzanna Məmmədova (59 kq) ispaniyalı Roza Molina Rodriqesə (10:0) və hindistanlı Komal Komala (14:2) qalib gələrək yarımfinala adlayıb. O, növbəti mərhələdə Macarıstan təmsilçisi Eda Balaşla qarşılaşacaq.

Sərbəst güləşçilərdən Camal Abbasov (61 kq) moldovalı Marçel Andronake və monqolustanlı Dulquun Enxbaatara 10:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda amerikalı Aaron Ceyms Zaydelə uduzub - 2:13.

Məhəmməd Abbaszadə (86 kq) bolqarıstanlı Alan Tigiyevi "tuş"la mübarizədən kənarlaşdırsa da, 1/4 finalda türkmənistanlı Alp Arslan Begenjova məğlub olub (1:14).