“İmişli” iki futbolçu ilə müqaviləni yenilədi

“İmişli” iki futbolçu ilə müqaviləni yenilədi İdman


"İmişli" klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.

News24.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Elmir Rəhimzadə ilə sözləşmənin müddətini 1 illik, Lətif Rzayevlə isə 2 illik uzadıb.

Qeyd edək ki, "İmişli" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.