“İmişli” ilk yoxlama oyununda qələbə qazandı

“İmişli” ilk yoxlama oyununda qələbə qazandı İdman

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” klubu təlim-məşq toplanışının ilk yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, bölgə təmsilçisi “Araz-Naxçıvan”ın U-19 komandası ilə qarşılaşıb.

“Dalğa Arena”nın məşq meydançasında təşkil olunan görüş “İmişli”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “İmişli” növbəti yoxlama oyununu iyulun 23-də “Sumqayıt”a qarşı keçirəcək.