İngiltərə mundialın üçüncüsü oldu
İdman
İngiltərə Fransanı 6:4 hesabı ilə məğlub edərək mundialın bürünc mükafatçısı olub.
***03:00
İngiltərə cəmi 2 dəqiqə sonra hesab arasında fərqi artırıb.
News24.az xəbər verir ki, 90+8 dəqiqədə Belinqhem rəqib qapısınının torunu silkələyib.
***02:58
Fransa yenidən top fərqini minimuma endirib.
News24.az xəbər verir ki, Dembele 90+6 dəqiqədə fərqlənə bilib.
***02:50
Saka het-trik edərək İngiltərəyə 5-ci qolu qazandırıb.
News24.az xəbər verir ki, futbolçu 87-ci dəqiqədə Fransa qapısına təyin olunan 11 metrəlik zərbəni dəqiq icra edə bilib.
***02:28
Mbappe dubl edərək Fransaya üçüncü qolu qazandırıb.
News24.az xəbər verir ki, oyunun 66-cı dəqiqəsində komandalar arasında hesab fərqi minimuma enib.
Mbappe bu qol ilə ümumi mundiallardakı qollarının sayını 22-yə çatdırıb.
Bu çempionatda isə özünün 10-cu qoluna imza atıb.
***02:16
Fransa hesabı arasındakı fərqi azaltmağa doğru gedir.
News24.az xəbər verir ki, birinci hissədə 4:0 olan hesab ikinci hissədə artıq 4:2-yə enib.
Barkola 54-cü dəqiqədə Fransanın hesabına ikinci qolu yazdırıb.
Bu, futbolçunun çempionatda 3-cü qoludur.
***02:10
Fransa 48-ci dəqiqədə qol vurub.
News24.az xəbər verir ki, qolun müəllifi Mbappe olub.
***02:02
Qarşılaşmada ikinci hissə başlayıb.
***01:50
Matçda ilk hissə başa çatıb.
News24.az xəbər verir ki, İngiltərə fasiləyə 4:0 üstünlüklə yollanıb.
***01:45
İlk hissədə 4-cü qol vurulub.
News24.az xəbər verir ki, fasilə öncəsi Bukayo Saka dubl edib.
45-ci dəqiqədə futbolçu komandasına 4-cü qolu qazandırıb.
***01:37
Bukayo Saka 37-ci dəqiqədə İngiltərənin hesabına üçüncü qolu yazdırıb.
***01:18
İngiltərə top fərqini artırır.
News24.az xəbər verir ki, 18-ci dəqiqədə Ezri Konsa komandasına ikinci qolu qazandırıb.
Qeyd edək ki, bu, futbolçunun çempionatda ikinci qoludur.
***01:02
Deklan Raysın erkən qolu İngiltərənin hesabına ilk qolu yazdırıb.
News24.az xəbər verir ki, 3-cü dəqiqədə İngiltərə hesabda irəli çıxıb.
***01:00
Futbol üzrə dünya çempionatında üçüncülük uğrunda mübarizə başlayıb. Fransa və İngiltərə milliləri üzə-üzə gəlib.
News24.az xəbər verir ki, matç Mayamidə yerləşən “Hard Rock Stadium”da keçirilir.
Xatırladaq ki, yarımfinalda Fransa millisi İspaniyaya, İngiltərə isə Argentinaya məğlub olub.