"İnter"ə böyük şok! - İtaliya Superkubokunun qalibi Milan

"İnter"ə böyük şok! - İtaliya Superkubokunun qalibi Milan İdman

Səudiyyə Ərəbistanında İtaliya Superkubokunun finalında "İnter"lə "Milan" arasında görüş keçirilib. "Milan" İtaliya Superkubokunun finalında 2:0 hesabı ilə geri qalan "İnter"i 3:2 hesabı ilə məğlub edərək kuboku muzeyinə aparıb.

News24.az xəbər verir ki, “İnter”də çıxış edən Türkiyənin milli futbolçusu Hakan Çalhanoğlu zədəsi səbəbindən 35-ci dəqiqədə oyunu tərk edib. Lautaro Martinez 45+1. 10-cu dəqiqədə vurduğu qolla soyunub-geyinmə otağına 1:0 öndə gedən “İnter” 47-ci dəqiqədə Mehdi Taremi ilə fərqi ikiyə çatdırıb.

52-ci dəqiqədə Teo Hernandezin cərimə zərbəsindən vurduğu qolla ümidlənən Milan, 80-ci dəqiqədə Kristian Pulişiçlə bərabərə qalıb. Milan üçün kuboku qazanan qol 90+3-dür. 

Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilən İtaliya Superkubokunun finalında “İnter” və “Milan” ümumilikdə 13 milyon avroluq mükafat fondu uğrunda mübarizə aparıb. Qalib 8 milyon avro, uduzan isə 5 milyon avro qazanıb.

Günel Məlikzadə