İsmayıl Kartal transfer yolunu "Fənərbaxça"ya çevirib

İsmayıl Kartal transfer yolunu "Fənərbaxça"ya çevirib İdman

Mövsümün ortası fasiləsində İranın "Persepolis" komandası ilə müqavilə imzalayan baş məşqçi İsmayıl Kartal növbəti mövsüm üçün transfer işlərinə başlayıb.

News24.az xəbər verir ki, Təsnimdə yer alan xəbərə görə, İsmayıl Kartal yeni mövsümdə tanıdığı futbolçularla çalışmaq istəyir.

Təcrübəli çalışdırıcının bu səbəbdən yolunu “Fənərbağça”ya çevirdiyi bildirilib.

Xəbərdə İsmayıl Kartalın "Fənərbağça"nın futbolçusu Mert Hakan Yandaş və Osayi-Samuelin də siyahısına daxil olduğu iddia edilib.

Təcrübəli çalışdırıcının konqolu hücumçu Tivi Bifumanı da izlədiyi bildirilirdi.

“Persepolis”in baş məşqçisi kimi 13 matça çıxan İsmayıl Kartal orta hesabla 1,46 xal toplayıb.

Səma