İspaniya Super Kubokunun İstanbul stadionları AÇIQLANDI
İdman
2027-ci il İspaniya Super Kubokunun İstanbulda keçiriləcək oyunlarının stadionları müəyyənləşib.
News24.az xəbər verir ki, turnir 2-6 fevral tarixlərində keçiriləcək.
Yarımfinalda “Barselona” “Atletiko Madrid”, “Real Madrid” isə “Real Sosyedad”la qarşılaşacaq. “Barselona” – “Atletiko Madrid” oyunu fevralın 2-də Çobani stadionunda, “Real Madrid” – “Real Sosyedad” görüşü isə fevralın 3-də Tüpraş stadionunda keçiriləcək.
Final matçı isə fevralın 6-sı “Qalatasaray”ın RAMS Park stadionunda baş tutacaq.